Yanvarın 19-da 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyində şəhidlərin xatirəsini anma mərasimi keçirilmişdir. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
2011-ci il dövlət büdcəsinin mədaxili 15700,6 mln. manat, xərcləri 15394,7 mln. manat olmuş, 305,9 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır.
Sığorta şirkətləri və sığorta sinifləri üzrə 2011-ci ilin yanvar – dekabr ayları ərzində daxil olmuş sığorta haqları və verilmiş sığorta ödənişləri haqqında məlumat:
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 28 yanvar tarixli İ-18 nömrəli əmri ilə Maliyyə Elm-Tədris Mərkəzində tədrisin keçirilməsi haqqında təsdiq olunmuş plan-qrafik üzrə 9 ixtisasdan olan 11 qrup üzrə 192 nəfər dinləyici tədrisə cəlb olunmuşdur.
2012-ci il 11 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə » 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsi ilə bağlı 2011-ci il ərzində 30 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilmişdir.
2011-ci il 22 dekabr tarixində “Standard &Poor’s” beynəlxalq reytinq şirkəti Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-“ investisiya səviyyəsinə qaldırılması, reytinq üzrə isə proqnozun “Sabit” olduğu barədə qərar qəbul etmişdir.
2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında» Qanunu, eyni zamanda, bu qanunun tətbiq edilməsi barədə Fərman imzalamışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində qüvvədə olan normativ-hüquqi sənədlərinin
2011-ci il 15 dekabr tarixində respublika yollarının müasir standartlara uyğun təmiri və bərpası üçün yeni layihə çərçivəsində Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında kredit sazişinin imzalanması mərasimi keçirilmişdir.