2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir *** Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Ümümdünya İqtisadi Forumunda iştirak etmişdir *** “Azərbaycan Respublikasında maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək" tvininq layihəsinin açılışı ilə bağlı konfrans keçirilmişdir ***

Dövlət Agentlik və Xidmətləri

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturu, Əsasnaməsi və onun strukturuna daxil olan 2 dövlət agentliyinin və 3 dövlət xidmətinin əsasnamələri də təsdiq olunmuşdur. Həmin dövlət agentliyi və xidmətləri aşağıdakılardır: Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sığorta Nəzarəti Xidməti, Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti. Bu dövlət agentliyi və xidmətləri təsdiq olunmuş əsasnamələrinə uyğun olaraq Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərirlər. Onlar barədə daha geniş məlumat əldə etmək üçün saytın sağ tərəfindəki sütunda yerləşdirilmiş linklərə daxil ola bilərsiniz.